Heyvan toxumaları.

Heyvanlarda da oxşar hüceyrələr və hüceyrəarası maddələr qrupu toxumalar əmələ gətirir.
Heyvan toxumaları. Epiteli, birləşdirici, əzələ, sinir kimi 4 toxuma qrupunu ayırırlar.

Epiteli toxuması. Epiteli toxuması bir-birinə sıx söykənmiş bir və ya bir neçə qatdan ibarət hüceyrələrdən təşkil olunur. Onlarda hüceyrəarası maddələr az olur. Heyvanlarda bu toxumaya dərinin üst qatında, dərinin törəmələrində (buynuz, dırnaq və s.), vəzilərdə və tənəffüs yollarında rast gəlinir. Quruluş xüsusiyyətinə və yerinə yetirdikləri funksiyalara görə epiteli toxumasının yastı, vəzili, kirpikli, kubşəkilli və bu kimi müxtəlif növlərini ayırırlar.

Epiteli toxumaları.

2.jpg                                           4

Çoxqatlı yastı epiteli                        Vəzili epiteli                      Kirpikli epiteli

Birləşdirici toxuma. Heyvan orqanlarının əsas hissəsini təşkil edir. Birləşdirici toxuma orqanizmdə əsasən müdafiə və dayaq funksiyasını yerinə yetirir. Birləşdirici toxumanın müxtəlif funksiya yerinə yetirən bir neçə növü var. Bu qrupa lifli, sümük, qığırdaq, qan və piy toxumaları aiddir. Birləşdirici toxumada, adətən, hüceyrəarası maddə çox olur.

Birləşdirici toxumalar

5.jpg                7.jpg

Lifli                                                Qığırdaq

8.jpg                   6.jpg
                  Qan                                                         Piy

Әzələ toxuması. Heyvanlarda hərəkət, qanın damarlarda axması, qidanın həzm borusu ilə irəliləməsi baş verir. Buna səbəb əzələlərin yığılmasıdır. Әzələ toxumasının saya, eninəzolaqlı (skelet və ürək əzələsi) növləri var.

1.jpg                        2.jpg

        Eninəzolaqlı                                            Saya

Sinir toxuması. Sinir toxumasının əsas xüsusiyyəti oyanma – qıcıqların qəbulu və ötürülməsidir. Bu toxuma heyvanların sinir sistemini əmələ gətirir. Sinir tənziminə görə orqan və sistemlər tam vahid sistem şəklində birləşir.

3.jpg

Sinir  toxuması

 

Bir şərh yazın