Bitkinin ötürücü, əsas və ifrazat toxumaları.

Ötürücü toxuma.

 Su və mineral duzlar gövdə boyunca yerləşən borucuqlar (ksilema boruları) ilə yuxarı qalxır.

Borucuqlar yan divarları qalınlaşmış və arakəsmələri isə itərək boru şəklini almış ölü hüceyrələrdən təşkil olunmuşdur. Yarpaqlarda və yaşıl gövdələrdə sintez olunan üzvi maddələr isə gövdənin qabıq hissəsində yerləşən floema (ələyəbənzər) boruları ilə bitkinin müxtəlif orqanlarına aparılır. Floema boruları arakəsmələri ələk kimi deşikli olan canlı hüceyrələrdən təşkil edilmişdir.

 download.jpg2.jpg
Ötürücü toxuma

Parenxim (əsas) toxuma.

Nazik qılaflı canlı hüceyrələrdən ibarətdir. Bitkinin bütün orqanlarında rast gəlinir və orqanlararası boşluğu doldurur. Әsas toxuma maddələrin əmələ gəlməsində və toplanmasında iştirak edir:

a) Fotosintezedici toxuma. Әsas toxuma növüdür. Sitoplazmasında çoxlu miqdarda yaşıl xloroplastlar olur. Bitkilərin yaşıl hissələrində, xüsusən yarpaqlarda rast gəlinir. Әsasən fotosintez prosesini həyata keçirir və üzvi maddələr əmələ gətirir.

1.jpg

Fotosintezedici (parenxim) toxuma.

 

b) Ehtiyat toplayıcı toxuma. Hüceyrələri iri vakuollara malikdir. Vakuollar içərisindəki hüceyrə şirəsində müxtəlif ehtiyat qida maddələri – nişasta dənələri, yağ damlaları, suda həll olmuş şəkər və s. toplanır. Ehtiyat maddələr əsasən böyümə üçün istifadə olunur.

İfrazat toxumasına bitkilərin nektarlıqları, şirə ifraz edən kanalcıqlar aiddir. Hüceyrələrində həşəratları bitkiyə cəlb etmək, bitkini heyvanlar tərəfindən yeyilməkdən mühafizə etmək və s. üçün xüsusi maddələr toplanır.

Bir şərh yazın