Bitkinin törədici, örtük və mexaniki toxumaları.

Toxuma (yun.histos, lat.tela) — mnşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi.

Bitki toxumaları.Törədici, əsas, örtük, ötürücü, mexaniki və ifrazat toxuma qruplarına ayrılırlar.

Törədici və ya meristem toxuması.

 

Törədici  və  ya  meristem  toxuması  (yun.  “meristes”  –  bölünən).
Hüceyrələri kiçik, nazik qılaflı və iri nüvəli olub  bölünmə qabiliyyəti-
nə malikdir. Digər toxumaların hüceyrələrinə başlanğıc verərək bitki-
lərin bütün ömrü boyu  böyüməsini və inkişafını təmin edir.

2.jpg

Örtük toxuması.

Bitkini xaricdən örtərək onu ətraf mühitin əlve-
rişsiz təsirindən  qoruyur. Yarpaqların və cavan zoğların səthi örtük to-
xumasının bir növü olan dəricik və ya epiderma (yun. “epi” – üstündə
və “derma” – dəri)  ilə örtülür.

Dəricik. 

Dəricik  şəffaf  və  canlı  hüceyrələrdən  təşkil  olun-

muşdur. Hüceyrələri sıx yerləşir. Üzəri dəriciklə örtül-
müş  bitki  orqanlarında  qaz  mübadiləsi  xüsusi  quru-
luşlu ağızcıqlarla gedir. Payızda bitkinin bəzi hissələ-
rində dəricik örtük toxumasının digər növü olan man-
tarla əvəz olunur.

Mantar.

Mantar. Üzərinə yağabənzər maddələr hopmuş qalın
divarlı ölü hüceyrələrdən ibarətdir. O, bitkiyə su və işı-
ğın  keçməsinin qarşısını alır. Üzəri mantarla örtülmüş
bitki orqanlarında qaz mübadiləsi mərciməklər adlanın
kiçik dəriciklər vasitəsilə olur.Bitkinin yaşı artıqca mantar 

qatı qalınlaşır.

Mexaniki toxuma.Mexaniki toxuma. Gövdədə, yarpaq saplağında, yarpaq damarında yerləşir. Mexaniki toxuma bitkiyə möhkəmlik verərək dayaq funksiyasını yerinə yetirir. Onlar əsasən ölü (bəzən canlı) hüceyrələrdən ibarətdir.

3.jpg

Bir şərh yazın