Gövdənin daxili quruluşu.

Gövdənin daxili quruluşu. Gövdə – qabıq, kambi, oduncaq və özəkdən təşkil olunmuşdur.
Qabıq. Cavan və yaşıl zoğlarda qabığın xarici qatını dəricik təşkil edir. Qışlayan gövdələrdə dəricik digər örtük toxuması olan mantarla əvəz olunur. Mantar işığı özündən buraxmadığından onun altındakı qat yaşıllığını itirir. Qabığın oduncağa söykənən daxili qatı floema adlanır. Gövdədə floema qatının içərisində floema boruları deyilən ələyəbənzər borular və floema lifləriolur.
Kambi – gövdənin eninə böyüməsini təmin edir. Bölünməsi nəticəsində yeni qabıq və oduncaq hüceyrələri yaranır. Mülayim iqlim şəraitində yaşayan ağaclarda kambinin bölünməsi yazda başlayır və payızda sona çatır. Nəticədə gövdənin oduncaq hissəsində illik halqalar əmələ gəlir.

Oduncaq – gövdənin əsas hissəsini təşkil edir. Onun daxilində oduncaq lifləri və borucuqlar olur.
Özək – gövdənin mərkəzində yerləşir. O, əsasən canlı hüceyrələrdən ibarət ehtiyat toplayıcı toxumadan təşkil olunmuşdur. Özəkdən gövdənin digər hissələrinə doğru qidalandırıcı funksiya yerinə yetirən özək şüalarıuzanır. Bəzi bitkilərdə özək aydın nəzərə çarpmır. Palıd və qaraağacda özək bərk, gəndəlaşda isə yumşaq olur.

1.jpg

Gövdənin quruluş sxemi:

  1. Mantar qatı
  2. Floema
  3. Kambi
  4. Oduncaq
  5. Özək şüaları
  6. İllik halqalar
  7. Özək

Bir şərh yazın